Rusiya, Türkiyə, İran və Suriya XİN başçılarının müavinləri Moskvada görüşəcəklər

Tokio, 14 mart , /AJMEDIA/

Rusiya, Türkiyə, İran və Suriya xarici işlər nazirlərinin müavinləri martın 15-16-da Moskvada görüş keçirəcəklər.
AJMEDIA xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya XİN başçısının müavini Mixail Boqdanov məlumat verib. Onun sözlərinə görə, hazırda görüşlə bağlı hazırlıq işləri aparılır.
Xatırladaq ki, Rusiya, Türkiyə və İranın daxil olduğu “Astana üçlüyü” 2017-ci ildə Suriyada hərbi münaqişənin nizama salınması məqsədilə yaradılıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts