Rusiya turizm bazarında Azərbaycana dağ-xizək turlarına maraq artır

Tokio, 13 noyabr , /AJMEDIA/

Avropa dağ-xizək kurortlarının əlçatmazlığı bu qış istirahətinin rusiyalı pərəstişkarlarını daha yeni alternativ variantlar axtararaq, seçimlərini dəyişməyə vadar edir.
AJMEDIA Rusiya turoperatorları Assosiasiyasının saytına istinadla xəbər verir ki, Şahdağ kurortuna turları realizə edən şirkətlər sıralarına “FUN&SUN” iri federal şirkəti də daxil olub.
Assosiasiya xatırladır ki, Şahdağ Azərbaycanın tarixində ilk dağ-xizək kurortudur və Şahdağ milli parkının bir hissəsidir. O, 2012-ci ildən qonaqları qəbul edir. Bu vaxt ərzində o xizək sürməkdə həm yeni başlayanlar, həm də peşəkarlar arasında pərəstişkarlar qazanmağa müvəffəq olub.
2019-cu ilə qədər qonaqlar arasında rusiyalılar çox deyildi. Lakin geosiyasi vəziyyət mənzərəni dəyişib: artıq 2021-ci ildə kurort daha çox sayda rusiyalı dağ xizəkçisinin diqqətini çəkməyə başlayıb. Müsbət dinamika 2022-ci ildə də davam edir.
“FUN&SUN” şirkətində Şahdağın üstünlükləri sırasında kurortun inkişaf etmiş infrastrukturunu, yüksəkkeyfiyyətli trasları, milli mətbəxi olan restoranlar, apres-xizək üçün imkanlar (misal üçün, SPA) və qiymətlərin əlçatanlığı yer alıb.
Turoperatorların müvafiq departamentlərinin ekspertləri deyirlər ki, Şahdağ həqiqətən də heyrətamiz yerdir. Dağ xizəkçiləri kurortun rahat infrastrukturunu və komfort xizək sürməyi yüksək qiymətləndirirlər. Kurortda uzunluğu 23 kilometrdən çox olan 18 tras (müxtəlif çətinlik səviyyəsi) var. Hündürlük fərqi dəniz səviyyəsindən 1435–2351 metrdir.
Artıq kurorta qar yağıb. Şahdağda mövsüm adətən dekabrda başlayır və aprel ayına qədər davam edir, bu il hər şey daha tezdir.
“Space Travel” və “Intourist” şirkətlərində Şahdağı rusiyalılar arasında getdikcə populyarlaşan kurort adlandırırlar.
“Biz qış tətillərinə, əsasən də Yeni il üçün tələbatın artmasını qeyd edirik. Bu istiqamətlə xüsusilə xizək sürmək üçün səyahət edən uşaqlı ailələr və gənc cütlüklər maraqlanırlar”, – deyə “Space Travel”də bildirilir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts