Rusiya Təhqiqat Komitəsi Yevgeni Priqojinin ölümünü təsdiqləyib

Tokio, 27 avqust , /AJMEDIA/

Rusiya Təhqiqat Komitəsi “Vaqner” hərbi qruplaşmasının rəhbəri Yevgeni Priqojinin ölümünü təsdiqləyib.

AJMEDIA xəbər verir ki, ekspertiza avqustun 23-də Tver vilayətində baş vermiş aviaqəzada ölən 10 nəfərin hamısının şəxsiyyətini müəyyən edib. Onların arasında “Vaqner” hərbi qruplaşmasının rəhbəri Yevgeni Priqojinin də olduğu bildirilib.

Xatırladaq ki, “Vaqner” qruplaşmasının rəhbəri Y.Priqojinin də olduğu təyyarə Tver vilayətində avqustun 23-də qəzaya uğrayıb. Moskvadan Sankt-Peterburqa uçan təyyarənin göyərtəsində olan 3 nəfər heyət üzvü və 7 sərnişin həlak olub.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts