Site icon AJMEDIA Azərbaycanca

Rusiya sülhməramlılarının təminat avtomobilləri aksiyanın olduğu ərazidən maneəsiz keçib

Tokio, 23 dekabr , /AJMEDIA/

Xankəndi-Laçın yolunda Azərbaycan ekoloqlarının, qeyri-hökumət təşkilatlarının nümayəndələrinin, fəalların etiraz aksiyası artıq on iki gündür davam edir.
AJMEDIA xəbər verir ki, bu dəqiqələrdə Rusiya sülhməramlılarının 11 təchizat-təminat avtomobili (6-sı Laçından Xankəndi istiqamətində, 5-i əks istiqamətdə) ərazidən qarşılıqlı olaraq maneəsiz keçib.
Xatırladaq ki, bundan əvvəl Ermənistan mediasında etirazçıların guya Xankəndi-Laçın yolunu bağlamaları və təchizat maşınlarını buraxmamaları barədə saxta xəbərlər yayılmışdı.

Exit mobile version