Rusiya qoşunları Xarkova 10-a yaxın dron zərbəsi endirib

Tokio, 3 noyabr , /AJMEDIA/

Noyabrın 3-nə keçən gecə Rusiya qoşunları Xarkova 10-a yaxın “Shahed” tipli dron zərbəsi endirib. Fərdi evlərin, tədris müəssisəsinin və avtomobillərin zədələnməsi qeydə alınıb.

AJMEDIA xəbər verir ki, bu barədə Xarkov vilayəti prokurorluğunun nümayəndəsi Dmitri Çubenko bildirib.

O qeyd edib ki, zərbələr şəhərin Osnovenski və Şevçenkovski rayonlarına endirilib.

“Zərbələrdən birinin nəticəsində texniki xidmət stansiyasında yanğın baş verib: qarajlar və avtomobillər alışıb yanıb. Yaxınlıqda yerləşən ikimərtəbəli bina qismən dağıdılıb. Bunun yaşayış binası olmadığına baxmayaraq, içərisində Rusiya tərəfindən işğal edilmiş ərazilərdən gələn insanların müvəqqəti qalması üçün yataq yerləri nəzərdə tutulub. Hazırda xilasedicilər dağıntıları təmizləyirlər”, – deyə Çubenko qeyd edib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts