Site icon AJMEDIA Azərbaycanca

“Rusiya Qızıl Xaç Cəmiyyətinin humanitar yük dolu avtomobili Ağdam-Xankəndi yolu ilə hərəkət edir” – Ceyhun Mirzəyev

Tokio, 12 sentyabr , /AJMEDIA/

Bu dəqiqələrdə Rusiya Qızıl Xaç Cəmiyyətinin humanitar yük dolu 1 TIR-ı və onu müşayiət edən həmin Cəmiyyətin işçi heyəti Rusiya sülhməramlılarının blok postunu keçdi və hazırda Ağdam-Xankəndi yolu ilə hərəkət edir.

AJMEDIA xəbər verir ki, bunu Azərbaycan Qızıl Aypara Cəmiyyətinin baş katibi Ceyhun Mirzəyev Ağdam-Xankəndi yolunda jurnalistlərə açıqlamasında deyib.

O, həmçinin bildirib ki, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin yük avtomobilləri 15 gündür Ağdam-Xankəndi yolunda gözləyir: “Bu yüklərin də Qarabağda yaşayan erməni əsilli sakinlərə çatdırılması istiqamətində müzakirələr davam edir”.

Exit mobile version