Rusiya Macarıstanı “dost olmayan ölkələr” siyahısına əlavə etdi

Tokio, 30 mart , /AJMEDIA/

Rusiya Macarıstanı “dost olmayan ölkələr” siyahısına əlavə edib.

AJMEDIA xəbər verir ki, bu barədə Rusiyanın Macarıstandakı səfiri Yevgeni Stanislavov bildirib. O deyib ki, Budapeştin Rusiya Federasiyasına qarşı sanksiyalara qoşulmasından sonra Rusiya Macarıstanı “dost olmayan ölkələr” siyahısına daxil edib.

“Budapeşt öz milli maraqlarını qoruyur və buna müəyyən dərəcədə nail olur. Amma fakt faktlığında qalır.

Macarıstan Brüsselin bütün anti-Rusiya sanksiya paketlərini imzalayıb və onlara ciddi şəkildə əməl etməyə məcburdur.

Ona görə də Rusiya Macarıstanı dost olmayan ölkə hesab edir. Ona qarşı bizim cavab tədbirlərimiz tətbiq oluna bilər”, – deyə səfir bildirib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts