Rus Dram Teatrı balaca tamaşaçıları yaddan çıxarmır

Tokio, 2 fevral , /AJMEDIA/

Fevralın 4-də Səməd Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının səhnəsində uşaqlar üçün “Ələddin, şahzadə Jasmin və sehrli çıraq cininin sərgüzəştləri” adlı tamaşa nümayiş olunacaq.
Teatrın mətbuat xidmətindən AJMEDIA-ya verilən məlumata görə, tamaşanın bədii rəhbəri, Xalq artisti Aleksandr Şarovski, rejissor və xoreoqrafı isə Raulya Turkkandır.
Əsərin səhnə tərtibatı Əməkdar mədəniyyət işçisi Aleksandr Fyodorova, geyim üzrə rəssamı Əməkdar mədəniyyət işçisi Olqa Abbasova və musiqi tərtibatı Əməkdar mədəniyyət işçisi Vladimir Neverova aiddir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts