Rus bəstəkarı Sergey Raxmaninovun 150 illiyinə həsr edilmiş konsert

Tokio, 29 mart , /AJMEDIA/

Aprelin 1-də Azərbaycan Dövlət Akademik Filarmoniyasında görkəmli rus bəstəkarı Sergey Raxmaninovun 150 illiyinə həsr edilmiş tədbir keçiriləcək.
Filarmoniyadan AJMEDIA-ya bildirilib ki, tədbir çərçivəsində əvvəlcə bəstəkarın həyat və yaradıcılığından danışılacaq, dünya musiqi mədəniyyətinə verdiyi töhfələrdən bəhs olunacaq.
Tədbir konsert proqramı ilə davam edəcək. Konsertdə dirijor Yalçın Adıgözəlovun rəhbərliyi ilə Ü. Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri və Gülbacı İmanovanın dirijorluğu ilə Dövlət Xor Kapellası çıxış edəcək.
Konsertin solistləri Əvəz Abdulla (bariton), Gökhan Aybulus (Türkiyə, piano), Yelizaveta Kulaqina (Rusiya, soprano), İqor Morozov (Rusiya, tenor) olacaq.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts