Rumıniyada prezident seçkilərinin ikinci turu keçirilir

Tokio, 18 may, /AJMEDIA/

Rumıniyada prezident seçkilərinin ikinci turu başlayıb. Ümumilikdə ölkədə 19 minə yaxın seçki məntəqəsi açılıb.

AJMEDIA xəbər verir ki, səsvermə məntəqələrində təhlükəsizliyi və asayişi 43 mindən çox polis və jandarm təmin edir.

Seçkilərdə iştirak etmək üçün 18 milyona yaxın seçici qeydiyyatdan keçib. Xaricdə səsvermə cümə günü başlayıb və üç gündür davam edir.

Rumıniyanın ali dövlət postu uğrunda iki namizəd – sağçı “Rumınların Birləşməsi Alyansı”nın (AUR) lideri Corce Simion və Buxarestin hazırkı meri, müstəqil namizəd Nikuşor Dan mübarizə aparır.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts