Rumıniya Prezidenti Klaus Yohannis Azərbaycana rəsmi səfərə gəlib

Tokio, 2 fevral , /AJMEDIA/

Rumıniya Prezidenti Klaus Yohannis fevralın 2-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.
AJMEDIA xəbər verir ki, Azərbaycanın və Rumıniyanın Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Rumıniya Prezidenti Klaus Yohannisi hava limanında Baş nazirin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər qarşıladılar.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts