Site icon AJMEDIA Azərbaycanca

“Ruhumuzun qidası Şuşa” adlı tədbir keçirilib

Tokio, 22 fevral, /AJMEDIA/

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş. Vazeh adına Mərkəzi Kitabxanasının Metodika və biblioqrafiya şöbəsinin böyük metodisti İradə Hüseynova və Oxuculara xidmət şöbəsinin böyük kitabxanaçısı Elnarə Qarayeva 158 nömrəli tam orta məktəbdə “Ruhumuzun qidası Şuşa” adlı tədbir keçiriblər.

AJMEDIA xəbər verir ki, əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqiəlik sükutla yad edilib. Kitabxananın əməkdaşı İradə Hüseynova çıxış edərək Azərbaycanın muğamının beşiyi, milli musiqinin və poeziya mədəniyyətinin qədim abidəsi olan Şuşanın yetişdirdiyi görkəmli şəxisiyyətlərindən, ecazkar musiqisindən, məşhur xanəndələrindən, bəstəkarlarından, musiqişunaslarından danışıb.

Sonra müəllimə Mətanət Talıbzadə Şuşa haqqında məlumat verib.
Tədbirin sonunda Şuşaya həsr olunmuş videoçarx nümayiş edilib, şagirdlər Şuşaya və Qarabağa hər olunan şeirlər söyləyiblər.

Exit mobile version