Site icon AJMEDIA Azərbaycanca

Ruanda Azərbaycanın beynəlxalq tədbirlərin təşkili üzrə zəngin təcrübəsini öyrənməkdə maraqlıdır

Tokio, 11 iyul, /AJMEDIA/

İxracın və İnvestisiyaların Təşviqi Agentliyində – AZPROMO-da Ruandanın Azərbaycandakı səfiri Çarlz Kayonqa ilə görüş keçirilib.

AZPROMO-dan AJMEDIA-ya bildirilib ki, görüş zamanı agentliyin icraçı direktorunun müavini Tural Hacılı qurumun fəaliyyət istiqamətləri barədə məlumat verib. Səfir Çarlz Kayonqa ölkəsinin Azərbaycanın beynəlxalq tədbirlərin təşkili üzrə zəngin təcrübəsini öyrənməkdə maraqlı olduğunu bildirib. Qeyd edib ki, xarici ölkələrdə keçirilən tədbirlər üzrə məlumat mübadiləsinin aparılması və bu platformaların ölkələrimizin işgüzar dairələri arasında təmasların artırılması üçün istifadə etmək olar.

Ardınca tərəflər arasında qarşılıqlı ticarət, mədənçilik və turizm sahələrində tərəfdaşlıq və investisiya imkanlarına dair fikir mübadiləsi aparılıb, həmçinin ixrac potensialına malik məhsulların potensial tədarükü müzakirə olunub.

Bununla yanaşı, Azərbaycanın Asiya ilə Avropanı birləşdirən strateji mərkəz kimi mövqeyinin Ruandanın ixrac imkanlarının və digər bazarlara çıxışının genişləndirilməsində əhəmiyyətli rol oynaya biləcəyi vurğulanıb.

Exit mobile version