Rotterdamda soydaşlarımız Novruz şənliyi təşkil ediblər

Tokio, 20 mart , /AJMEDIA/

Niderland Krallığında fəaliyyət göstərən Benelüks Azərbaycanlıları Konqresinin (BAK) təşkilatçılığı ilə Rotterdam şəhərində Novruz bayramı şənliyi keçirilib.
AJMEDIA xəbər verir ki, bayram şənliyində əvvəlcə 44 günlük Vətən müharibəsində torpaqlarımız uğrunda canlarını qurban vermiş qəhrəman Azərbaycan oğullarının, eləcə də qardaş Türkiyədə dağıdıcı zəlzələdən həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Benelüks Azərbaycanlıları Konqresinin sədri Elsevər Məmmədov türk dünyasının birliyini, türk xalqları arasında mədəni irs bağlılığını əks etdirən Novruz bayramının tarixindən, dəyərlərindən və adətlərindən danışıb.
Qeyd edib ki, bolluğun, bərəkətin və xeyirxahlığın təcəssümü olan Novruz bayramı Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın böyük zəhməti nəticəsində UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib.
Azərbaycanın Niderland Krallığındakı səfirliyinin konsulu Səbinə Sadıqlı Novruzun birlik, həmrəylik kimi dəyərlərindən söz açaraq, bu ölkədə yaşayan soydaşlarımızın bayramını təbrik edib.
Niderland Krallığında fəaliyyət göstərən “Ana Vətən” Avropa Azərbaycanlı Qadınlar Assosiasiyasının rəhbəri Mayisə Ağamirzəyeva, Hollanda Azərbaycan – Türk kültür mərkəzinin rəhbəri İlhan Aşkın, Benelüks Azərbaycanlıları Konqresi nəzdində fəaliyyət göstərən Cənubi Azərbaycan üzrə təmsilçi Araz Ataxan çıxış edərək, Novruzun özünəməxsusluğundan söz açıb və Azərbaycan xalqının əziz bayramını təbrik ediblər.
Bayram şənliyi BAK-ın nəzdində fəaliyyət göstərən Rotterdam həftə sonu “Ana dili məktəbi” nin və “Körpə Fidanlar” musiqili teatr qrupunun təşkil etdiyi musiqili proqramla davam edib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts