Site icon AJMEDIA Azərbaycanca

Ronaldo: Mənim “Qızıl top”a namizədim Kərim Benzemadır

Tokio, 15 Oktyabr, /AJMEDIA/

“Real Madrid” və “İnter” klubunun, eləcə də Braziliya yığmasının sabiq forvardı Ronaldo “Qızıl top” mükafatına namizədlər arasında kimə üstünlük verdiyini açıqlayıb.

AJMEDIA xarici KİV-ə istinadən xəbər verir ki, sabiq hücumçu mükafata “Real Madrid” klubunun və Fransa yığmasının üzvü Kərim Benzemanın layiq olduğunu bildirib.

Sabiq futbolçu deyib: “Mənim “Qızıl top”a əsas namizədim Kərim Benzemadır. Çünki o, son 10 ilin ən yaxşı hücumçusudur. Çox istəyirəm ki, bu il mükafatı Benzema alsın”.

Exit mobile version