Regionlarda məktəblilər üçün olimpiadalara hazırlıq dərsləri təşkil olunacaq

Tokio, 6 mart , /AJMEDIA/

Gəncə, Şəki-Zaqatala, Quba-Xaçmaz regionlarında təhsil alan məktəblilər üçün riyaziyyat və informatika olimpiadalarına hazırlıq məqsədilə “Technest” təqaüd proqramı elan edilir.
Təhsil İnstitutundan AJMEDIA-ya bildirilib ki, “Technest” təqaüd proqramı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin təşəbbüsü ilə İnnovasiyalar və Rəqəmsal İnkişaf Agentliyinin nəzdində yaradılıb. Məqsəd ölkədə İKT sahəsində kadr bankının yaradılması prosesinə töhfə vermək və əmək bazarındakı kadr ehtiyaclarını qarşılamaqdır. Təqaüd proqramı bölgələrdə İnnovasiyalar və Rəqəmsal İnkişaf Agentliyi və Elm və Təhsil Nazirliyinin birbaşa tabeliyində olan liseylərlə birgə həyata keçiriləcək.
Təqaüd qazanan şagirdlər pulsuz olimpiada dərslərinə cəlb olunacaqlar.
Qeyd edək ki, təqaüd proqramından yararlanmaq istəyən şagirdlər www.olimpiada.edu.az saytında qeydiyyatdan keçə bilərlər.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts