Site icon AJMEDIA Azərbaycanca

Ramazanın 2-ci gününün duası, imsak və iftar vaxtı

Tokio, 24 mart , /AJMEDIA/

Bu gün Ramazan ayının ikinci günüdür.

AJMEDIA-nın məlumatına görə, Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, Bakıda imsak saat 05:13-də, iftar isə saat 19:10-dadır.

Ramazan ayının 2-ci gününün duası:

“Allahummə qərribni fihi ila mərzatik. Və cənnibni fihi min səxətikə və nəqimatik. Və vəffiqni fihi liqiraəti ayatik. Birəhmətikə ya ərhəmər-rahimin”.

Tərcüməsi:

“İlahi, bu gün məni öz razılığına yaxınlaşdır, qəzəb və intiqamından uzaq et. Sənin ayələrini (Quranı) oxumaqda mənə müvəffəqiyyət ver. Sonsuz mərhəmətinə And verirəm, ey rəhmlilərin ən rəhmlisi!”

Allah orucunuzu qəbul etsin!

Exit mobile version