Rəy sorğusunda iştirak edən Avropa şikətlərinin 54 faizi Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına investisiyalar yatırmağa hazırdır

Tokio, 17 may , /AJMEDIA/

Rəy sorğusunda iştirak edən Avropa şirkətlərinin 54 faizi Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına investisiyalar yatırmağa hazırdır.
AJMEDIA xəbər verir ki, bu barədə Avropa İttifaqının (Aİ) maliyyə dəstəyi ilə hazırlanmış “Azərbaycanda Biznes Mühiti-2021” hesabatında bildirilir.
Hesabatda qeyd edilib ki, rəy sorğusunda iştirak edən investorlar tərəfindən Azərbaycanda siyasi və sosial sabitlik ən çox qiymətləndirilən amil olaraq qalır. Belə ki, sorğuda iştirak edən Avropa şirkətlərinin 14 faizi Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında artıq investisiya layihələri istiqamətində işə başlayıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts