Rəsmi Tokio və Vaşinqton ABŞ hərbi bazalarının Yaponiyada saxlanması xərcləri barədə razılaşma imzalayıblar

Tokio, 7 yanvar, /AJMEDIA/

Yanvarın 7-də Yaponiya və ABŞ-ın xarici siyasət və müdafiə nazirləri “2+2” formatında keçirilən onlayn görüş zamanı ABŞ hərbi bazalarının Yaponiyada saxlanması məsrəfləri barədə razılaşma imzalayıblar.

AJMEDIA xəbər verir ki, bu barədə Yaponiya Xarici İşlər Nazirliyi məlumat yayıb. Həmin sənədin 2022-2026-cı illəri əhatə etdiyi qeyd edilir. Göstərilən dövr ərzində Yaponiya ABŞ hərbi bazalarının saxlanmasına 1,055 trilyon yen (9,29 milyard dollar) vəsait sərf edəcək. Bu məqsədlə illər üzrə ayrılacaq vəsait isə 211 milyard yen (1,85 milyard dollar) təşkil edəcək. Bu, cari maliyyə ilində həmin xərclər üçün nəzərdə tutulan vəsaitdən 10 milyard yen (86,2 milyon dollar) çoxdur.

İmzalanan müqaviləyə əsasən, həmin vəsaitin 20 milyard yeni (176 milyon dollar) Yaponiya və ABŞ silahlı qüvvələrinin süni intellekt texnologiyaları tətbiq edilməklə təşkil olunacaq birgə təlimlərinə sərf ediləcək. Daha 164 milyard yen (1,4 milyard dollar) təyyarələrə daha tez havaya qalxmaq imkanı verəcək hərbi bunkerlərin və müasirləşdirilmiş anqarların möhkəmləndirilməsinə yönəldiləcək.

Qarşıdakı dövrdə ABŞ hərbi bazaları üçün nəzərdə tutulan kommunal xərclərin azaldılacağı qeyd edilir. Belə ki, həmin məqsədlər üçün 2022-ci ildə 23,4 milyard yen (201 milyon dollar), 2026-cı ildə isə 13,3 milyard yen (114 milyon dollar) vəsait ayrılacaq.

Əlavə olaraq qeyd edək ki, Yaponiyada dəniz piyadaları da daxil olmaqla, 50 mindən çox ABŞ hərbçisi yerləşdirilib. Bu bazaların böyük əksəriyyəti Okinava adasındadır.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts