“Rəqəmsal Gəncliyə Doğru” Forumu keçirilib

Tokio, 1 fevral , /AJMEDIA/

Fevralın 1-də Bakı Konqres Mərkəzində Azərbaycan Respublikasının Gənclər Fondunun, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin birgə təşəbbüsü, “Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyinin təşkilatçılığı ilə “Rəqəmsal Gəncliyə Doğru” Forumu keçirilib.
Gənclər Fondundan AJMEDIA-ya bildiriblər ki, 2 Fevral – Azərbaycan Gəncləri Gününə həsr edilmiş tədbirin məqsədi ölkə gənclərinin İKT bacarıqlarına dərindən yiyələnməsi, onların informasiya məkanında sərbəst və məqsədyönlü fəaliyyətinə nail olunması, rəqabət qabiliyyətli, məntiqi və qeyri-standart düşüncə tərzinə malik şəxslər kimi formalaşmasına dəstək verilməsini hədəfləyən “Technest” təqaüd proqramının icrası dövründə fond və agentlik tərəfindən ortaq fəaliyyət planına əsasən görülmüş işlərlə bağlı ictimai hesabatın təqdimatı, yeni imkanlar və planlaşdırılmış birgə fəaliyyət planının elan edilməsi olub.
Tədbir iştirakçıları əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan 2 fevral – Azərbaycan Gəncləri Günü ərəfəsində keçirilən tədbirin qlobal dünyanın çağırışlarına cavab verən və Prezident İlham Əliyevin siyasətinin prioritetləri ilə uzlaşan mühüm məsələyə – müasir gənclərimizin innovativ, rəqəmsal bilik və bacarıqlarının inkişaf etdirilməsinə və təşviqinə töhfə verəcəyini bildiriblər.
Forumda ölkədə İKT sahəsində kadr bankının yaradılması prosesinə töhfə vermək və əmək bazarındakı kadr ehtiyaclarını ödəmək olan “Technest” təqaüd proqramının imkanları barədə ətraflı məlumat verilib, proqramın 2022-ci il üzrə qalibləri elan edilib.
Tədbirdə proqramın ikinci mərhələsinə gənclərin elektron xidmət stendi vasitəsilə interaktiv şəkildə müraciətləri gənc könüllülər tərəfindən sistemə qəbul edilib. Həmçinin Gənclər Fondunun və İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin birgə icra etdiyi fəaliyyətə və “Technest” təqaüd proqramına dair hesabatlar nümayiş etdirilib, gələcəkdə gənclərin rəqəmsal biliklərinin artırılması istiqamətində ortaq hədəflər, həmçinin onların proqrama fəal şəkildə cəlb edilməsi barədə təkliflər səsləndirilib.
Yüzdən artıq gəncin qatıldığı tədbir şəxsi və peşəkar inkişafla bağlı tematik sessiyalarla davam edib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts