“Rəqəmsal gələcəyə addım” proqramlaşdırma müsabiqəsinin II mərhələsi yekunlaşıb

Tokio, 26 Noyabr, /AJMEDIA/

Təhsil Nazirliyi və “Alqoritmika” beynəlxalq təhsil şirkəti tərəfindən “Kod Saatı” qlobal hərəkatı çərçivəsində V-IX sinif şagirdləri üçün keçirilən “Rəqəmsal gələcəyə addım” respublika müsabiqəsinin II mərhələsi yekunlaşıb.

Nazirlikdən AJMEDIA-ya bildirilib ki, müsabiqədə iştirak üçün ümumilikdə 21 minə yaxın şagird qeydiyyatdan keçib. Onlardan 5 min 500 nəfəri ikinci mərhələyə vəsiqə qazanıb. II mərhələdə ümumilikdə 3 min 936 şagird iştirak edib.

İkinci mərhələnin nəticələrinə əsasən, iştirak edən bütün şagirdlərin elektron poçt ünvanlarına I, II və III dərəcəli diplomlar göndəriləcək. Ən yüksək nəticə göstərən 100 şagird isə müsabiqənin final mərhələsinə dəvət ediləcək.

Final mərhələsi barədə ətraflı məlumat veriləcək.

Qeyd edək ki, müsabiqənin keçirilməsində məqsəd şagirdlərin proqramlaşdırma dilləri üzrə bacarıqlarını inkişaf etdirmək, yeni texnologiyalar üzrə öyrənilən biliklərin təcrübədə tətbiqi üçün şərait yaratmaq, həmçinin onların yüksək texnoloji ixtisaslara marağını artırmaqdır.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts