Qurban Qurbanov: Futbolçularımızın əzmkarlığı sayəsində vacib 3 xal qazandıq

Tokio, 25 yanvar , /AJMEDIA/

Oyunun ilk dəqiqələri gərgin keçdi. Qış fasiləsindən sonra daha da formalaşmış komandaya qarşı oynadıq. Rəqibin hücumları müdafiə xəttimizdə çətinliklər yaradırdı. Rəqib iki dəfə hesabı bərabərləşdirməyə nail ola bildisə də, futbolçularımızın əzmkarlığı sayəsində qalib gəldik.
AJMEDIA xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 19-cu turunda səfərdə “Turan Tovuz”a qarşı oyundan sonra keçirilən mətbuat konfransında deyib.
“Qarabağ”ın 3:2 hesablı qələbəsini dəyərləndirən mütəxəssis komandada yorğunluq olduğunu vurğulayıb: “Antalyadan Bakıya deyil, birbaşa Gəncəyə gəlmişdik. Futbolçularda istər-istəməz yorğunluq var idi. Bununla belə, çox vacib 3 xal qazandıq. Rəqib komandaya da, tovuzlu azarkeşlərə də uğurlar arzu edirəm”.
Baş məşqçi transferlər barədə də söhbət açıb: “Qapıçı transfer etmək istəyirik. Hələ ki, danışıqlar gedir, real bir şey yoxdur. Qarşıda bir neçə gün vaxtımız var. Məqsədimiz tək Lukanın deyil, əlimizdə olan bütün futbolçuların idman formasını yaxşılaşdırmaqdır. Bu gün qapıçılar da daxil, hər bir futbolçumuza güvənirəm. Qarşıdakı oyunlarda onlardan daha yaxşı performans gözləyirəm”.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts