“Qonağımız var” layihəsi çərçivəsində növbəti görüş Mərdəkan Mədəniyyət Sarayında keçiriləcək

Tokio, 15 avqust , /AJMEDIA/

Avqustun 23-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Mərdəkan Mədəniyyət Sarayında “Qonağımız var” layihəsi çərçivəsində Xalq artisti, Xoreoqrafiya Akademiyasının prorektoru, dosent Təranə Muradova ilə görüş keçiriləcək.
AJMEDIA xəbər verir ki, tədbirdə Xalq artisti mədəniyyət sarayında xoreoqrafiya sənəti ilə məşğul olan gənc rəqqaslara ustad dərsi keçməklə yanaşı, həm də onun sənətinə pərəstiş edən sevimli tamaşaçıları ilə görüşəcək.
Azərbaycan milli rəqs sənətini dünyanın hər yerində böyük sevgi və uğurla nümayiş etdirən, milli mədəniyyətimizin böyük təbliğatçısı ustad rəqqasə həm də həyat və yaradıcılığı haqqında iştirakçıları maraqlandıran suallara cavab verəcək.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts