“Qızıl əlcək” klubunun üzvü Nihad Tağızadə Avropa birinciliyinin qalibi olub

Tokio, 15 Noyabr, /AJMEDIA/

Monteneqronun Budva şəhərində gənclər və yeniyetmələr arasında kikboksinqin WAKO versiyası üzrə Avropa birinciliyi keçirilib.

AJMEDIA xəbər verir ki, qitə birinciliyində “Qızıl əlcək” klubunun yetirməsi, yığma komandamızın üzvü Nihad Tağızadə (51 kq) uğurla çıxış edib.

Finaladək bütün rəqiblərini mübarizədən kənarlaşdıran idmançımız həlledici mərhələdə Rusiyanı təmsil edən erməni əsilli Eduard Markaryan üzərində inamlı qələbə qazanaraq qızıl medala layiq görülüb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts