Qırğızıstan və Tacikistan sərhədlərin delimitasiyası üzrə danışıqların növbəti raundunu keçirib

Tokio, 7 aprel , /AJMEDIA/

Qırğızıstan və Tacikistanın nümayəndə heyətləri Bişkekdə keçirdikləri növbəti görüşdə müştərək sərhədlərin demarkasiya və delimitasiyası məsələlərini müzakirə ediblər.
AJMEDIA xəbər verir ki, bu barədə Qırğızıstan hökumətinin mətbuat xidməti məlumat yayıb.
Diplomatik kanallar vasitəsilə əldə olunan görüş planlarına əsasən 2023-cü il aprelin 1-dən 7-dək Bişkekdə Qırğızıstan və Tacikistan Respublikalarının topoqrafik və hüquqi məsələlər üzrə işçi qruplarının görüşü baş tutub. İki dövlət arasında sərhədlərinin demarkasiya və delimitasiyası üzrə növbəti görüş Tacikistan ərazisində keçiriləcək.
Xatırladaq ki, Sovet İttifaqı dağıldıqdan sonra uzunluğu 980 kilometrdən çox olan Qırğızıstan-Tacikistan sərhəd xətti boyunca onlarla mübahisəli ərazi meydana çıxıb. Hər iki dövlətin müstəqil olduğu 30 ilə yaxın müddət ərzində Bişkek və Düşənbə demarkasiya və delimitasiya ilə bağlı razılığa gələ bilməyib. Hazırda sərhədin təxminən üçdəbir hissəsinin mübahisəli olaraq qalması regionda vaxtaşırı toqquşmalara səbəb olur. 2022-ci ilin sentyabr ayında baş verən sonuncu silahlı insident nəticəsində Qırğızıstan tərəfindən 63 nəfər, Tacikistan tərəfindən isə 59 nəfər həlak olub.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts