Site icon AJMEDIA Azərbaycanca

Qırğızıstan Qarabağda məktəb tikintisində iştirak edən üçüncü ölkə olacaq

Tokio, 24 aprel , /AJMEDIA/

Hazırda Qırğızıstan Prezidenti Sadır Japarovun Azərbaycanda rəsmi səfərdə olması çox sevindirici haldır. Artıq Qırğızıstan da Azərbaycanın işğaldan azad olunmuş ərazilərində tikinti-quruculuq işlərində iştirak edəcək.

AJMEDIA xəbər verir ki, bu barədə ADA Universitetinin prorektoru Fariz İsmayılzadə “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” beynəlxalq forumu çərçivəsində aprelin 24-də Laçında keçirilən Qarabağda dayanıqlı inkişafa həsr olunmuş paneldə bildirib.

Fariz İsmayılzadə məlumat verib ki, Qırğızıstan Prezidentinin Azərbaycana səfəri çərçivəsində Qarabağda növbəti təhsil ocağının təməli atılacaq.

Exit mobile version