Qırğızıstan portalı İstanbulda keçirilən Türk Şurasının VIII Zirvə Görüşü haqqında materiallar dərc edib

Tokio, 14 Noyabr, /AJMEDIA/

Qırğızıstanın “turktoday.info” portalı İstanbulda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşü haqqında AJMEDIA-nın rus dilində materiallarını dərc edib.

Portal AZƏRTAC-ın “İstanbulda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşü keçirilib” sərlövhəli materialını da yayımlayıb. Yazıda Azərbaycan Prezidenti İlham Əliyevin Zirvə Görüşündəki çıxışı tam olaraq yer alıb.

Portal “Prezidenti İlham Əliyev Türk Dünyasının Ali Ordeni təqdim edilib” sərlövhəli məqaləni də dərc edib. Bildirilir ki, Ali Orden dövlətimizin başçısına Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən təqdim olunub və Türkdilli ölkələrin Dövlət Başçıları Şurası bununla bağlı qərar verib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts