Qırğızıstan parlamentinin yeni sədri seçilib

Tokio, 31 dekabr, /AJMEDIA/

Yeni seçilən VII çağırış Qırğızıstan parlamenti-Joqorku Keneşin ilk iclası keçirilib.

AJMEDIA xəbər verir ki, əvvəl deputatlar ölkə qanunlarına uyğun olaraq Vətənə sədaqət andı içiblər.

Mərkəzi Seçki Komissiyasının sədri Nurjan Şaydabekova deputatlara vəsiqə və döş nişanı təqdim edib.

İclasda Talant Mamıtov yenidən Joqorku Keneşin sədri seçilib.

Xatırladaq ki, noyabrın 28-də ölkədə keçirilən parlament seçkilərində 54 deputat partiya siyahıları ilə, 36 millət vəkili isə birmandatlı seçki dairələrindən Joqorku Keneşin üzvü seçilib.

İclasda parlamentin fraksiyaları da formalaşdırılıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts