Qılıncoynatma üzrə milli komandamız Türkiyədə keçirilən Avropa çempionatının sonuncu yarış günündə iştirak edib

Tokio, 22 iyun , /AJMEDIA/

İyunun 22-də Türkiyənin Antalya şəhərində keçirilən qılıncoynatma üzrə Avropa çempionatının sonuncu yarış günündə qadın sablyaçıların və kişi şpaqaçıların komanda yarışında qaliblər müəyyənləşib.
Azərbaycan Qılıncoynatma Federasiyasından AJMEDIA-ya bildiriblər ki, Anna Başta, Sevil Bünyatova, Palina Kaspiaroviç və Valeriya Bolşakovadan ibarət kollektiv səkkizliyə yüksəlmək uğrunda keçirilən ilk görüşündə Yunanıstan yığmasına 37:45 hesabı ilə uduzub.
Komandamız 9-16-cı yerlər uğrunda keçirilən qarşılaşmada Polşa millisinə 29:45 hesabı ilə məğlub olub.
Kənan Əliyev, Ruslan Həsənov və Barat Quliyevdən ibarət şpaqa üzrə milli komandamız isə ilk görüşündə Niderland yığmasına 34:45 hesabı ilə uduzub.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts