Site icon AJMEDIA Azərbaycanca

Qeyri-neft-qaz məhsullarının ixracı artıb

Tokio, 26 iyun , /AJMEDIA/

Cari ilin yanvar-aprel aylarında qeyri-neft-qaz məhsullarının ixracı 2021-ci ilin yanvar-aprel ayları ilə müqayisədə faktiki qiymətlərlə 38,5 faiz, real ifadədə 25 faiz artaraq 965,5 milyon dollara bərabər olub.
Dövlət Statistika Komitəsindən AJMEDIA-ya bildirilib ki, qeyri-neft-qaz məhsulları üzrə ixracın dəyərində Türkiyəyə (34,6 faiz), Rusiyaya (19,9 faiz), Gürcüstana (6,3 faiz), İsveçrəyə (5,3 faiz), ABŞ-a (4,1 faiz), İtaliyaya (3,3 faiz), Braziliyaya (2 faiz), Niderlanda (1,9 faiz), Özbəkistana (1,4 faiz), Qazaxıstana (1,4 faiz), Rumıniyaya (1,4 faiz), Latviyaya (1,2 faiz), Argentinaya (1,2 faiz), Çinə (1,2 faiz), Belarusa (1,1 faiz), Almaniyaya (1,1 faiz) göndərilmiş malların payı üstünlük təşkil edib

Exit mobile version