Qazaxıstanda yaşayış binasının dağıntıları altından 4 cəsəd çıxarılıb

Tokio, 17 aprel , /AJMEDIA/

Qazaxıstanın Janaozen şəhərində partlayışdan sonra yaşayış binasının dağıntıları altından dörd nəfərin cəsədi çıxarılıb.
AJMEDIA Kazinform agentliyinə istinadla xəbər verir ki, xilasedicilər dağıntılar altında qalmış daha dörd nəfəri sağ çıxara biliblər. Xilas olunanlar və tibbi yardıma müraciət edənlər də daxil olmaqla, ümumilikdə 6 nəfər xəstəxanaya yerləşdirilib.
Dağıntıların təmizlənməsi üçün hadisə yerinə 40 texnika və 350-yə yaxın canlı qüvvə cəlb olunub. Onların arasında Milli Qvardiyanın əsgərləri və polis əməkdaşları ilə yanaşı, könüllülər də var.
Faciə Astana vaxtı ilə saat 05:00-da Janaozen şəhərində 12 mənzilli ikimərtəbəli yaşayış binasında qaz balonunun partlaması nəticəsində baş verib. Binanın 150 kvadratmetrlık hissəsi çöküb.
Hadisə ilə bağlı operativ qərargah və qaynar xətt yaradılıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts