Qazaxıstanda xüsusi xidmət orqanlarının polkovniki ölü tapılıb

Tokio, 10 yanvar, /AJMEDIA/

Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin polkovniki Azamat İbrayev yaşadığı evin həyətində ölmüş halda aşkarlanıb.

AJMEDIA Qazaxıstan KİV-lərinə istinadla xəbər verir ki, bu barədə respublikanın Milli Təhlükəsizlik Komitəsinin mətbuat xidməti məlumat yayıb. Məlumata görə, polkovnikin cəsədi bu gün Nur-Sultanda tapılıb. Hazırda hadisə ilə bağlı təhqiqat aparılır.

Bu, sutka ərzində güc strukturlarının yüksək rütbəli nümayəndəsinin ikinci ölüm faktdır. Belə ki, bir qədər əvvəl Cambıl vilayəti polis departamentinin rəisi Janat Süleymenovun intihar etməsi barədə xəbər yayılıb.

Bundan başqa, Qazaxıstan Daxili İşlər Nazirliyinin mətbuat xidməti iğtişaşların gedişində həlak olan güc strukturları əməkdaşlarının sayının 17-yə çatdığını bildirib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts