Qazaxıstanda qar fırtınası səbəbindən avtomobil yollarının 61 hissəsi bağlanıb

Tokio, 9 yanvar , /AJMEDIA/

Qazaxıstan hakimiyyəti ölkəni cənginə alan qar fırtınası ilə əlaqədar avtomobil yollarının 61 hissəsində hərəkəti dayandırıb.
AJMEDIA Kazinform agentliyinə istinadla xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
“Hava şəraitinin pisləşməsi (çovğun, görmə məsafəsinin azalması və yolların buz bağlaması) ilə əlaqədar avtomobil yollarının 61 hissəsində hərəkət dayandırılıb, onlardan 26-sı respublika əhəmiyyətlidir”, – mətbuat xidmətinin məlumatında belə deyilir.
Qazaxıstanın Fövqəladə Hallar Nazirliyi, həmçinin bir neçə rayonda nəqliyyatın hərəkətində sıxlıq müşahidə olunduğunu qeyd edib. “Hazırda yaşayış məntəqələrinin çıxışında yolların açılmasını gözləyən 143 texnika var. Nazirliyin əməkdaşları tərəfindən 9-u uşaq olmaqla, 37 nəfər təxliyə edilib”, – deyə FHN-dən bildiriblər.
Sinoptiklərin məlumatına görə, ölkə ərazisinin böyük hissəsində şaxtalı hava şəraitinin yaxın üç gündə də davam edəcəyi gözlənilir. Bəzi yerlərdə 35-40 dərəcəyədək şaxta olacaq.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts