Qazaxıstanda parlament seçkilərinin nəticələri açıqlanıb

Tokio, 27 mart , /AJMEDIA/

Martın 19-da Qazaxıstan Məclisinə (Parlamentin aşağı palatası) keçirilən növbədənkənar seçkilərin nəticələrinə əsasən, hakim “Amanat” partiyası (əvvəllər “Nur Otan”) qanunverici orqanın yeni tərkibində 69 yerdən 40-nı qazanıb. Daha 29 deputat birmandatlı dairələrdən seçilib.
AJMEDIA xəbər verir ki, bu barədə Qazaxıstan Mərkəzi Seçki Komissiyasının sədri Nurlan Abdirov brifinqdə deyib. Onun sözlərinə görə, altı partiya beş faizlik həddi keçməyə nail olub.
Ölkənin ən böyük partiyası – “Amanat” seçkilərdə 53,9 faiz səs toplayıb. Seçicilərin 10,9 faiz səsini qazanan Xalq-Demokratik Vətənpərvər Partiyası Qazaxıstan Məclisində səkkiz deputatla, Demokratik Partiya (8,41 faiz) altı deputatla, Xalq Partiyası (6,8 faiz) beş deputatla, “Respublika” partiyası (6,59 faiz) altı deputatla, müxalif Ümummilli Sosial-Demokratik Partiya (5,2 faiz) isə dörd deputatla təmsil olunacaq.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts