Site icon AJMEDIA Azərbaycanca

Qazaxıstanda parlamentə seçkilər keçirilir

Tokio, 19 mart , /AJMEDIA/

Qazaxıstanda parlamentə və yerli nümayəndəlik orqanlarına seçkilər keçirilir.
AJMEDIA xəbər verir ki, seçki məntəqələrində yerli vaxtla saat 7:00-da başlayan səsvermə yerli vaxtla saat 20:00-da başa çatacaq.
Saat 11:00-a olan məlumata görə, seçkilərdə seçici fəallığı 30,65 faiz təşkil edib. Ən yüksək seçici fəallığı Türküstan bölgəsində qeydə alınıb.
Saat 20:00-dan sonra səslərin hesablanması proseduruna başlanacaq. Bu il səslərin hesablanması proseduru həmişəkindən daha uzun olacaq. Bu, bülletenlərin daha çox olması ilə bağlıdır.

Exit mobile version