Site icon AJMEDIA Azərbaycanca

Qazaxıstanda görkəmli şair Əhməd Cavadın 130 illiyi münasibətilə tədbir keçiriləcək

Tokio, 30 aprel , /AJMEDIA/

Mayın 4-də Qazaxıstanın “ALJİR” (Акмолинский лагерь жён изменников Родины) Muzey-Memorial Kompleksində Azərbaycan xalqının istiqlal mübarizəsində layiqli töhfələr vermiş vətənpərvər şair Əhməd Cavadın anadan olmasının 130-cu ildönümü münasibətilə xatirəsi yad olunacaq.
AJMEDIA xəbər verir ki, bu barədə Beynəlxalq Türk Akademiyasının mətbuat xidməti məlumat yayıb.
Beynəlxalq Türk Akademiyası tərəfindən təşkil olunacaq tədbir çərçivəsində tematik sərgi təşkil olunacaq və sənədli film nümayiş etdiriləcək.

Exit mobile version