Qazaxıstanda “Elbası – türk inteqrasiyasının memarı” mövzusunda konfrans təşkil edilib

Tokio, 21 Noyabr, /AJMEDIA/

Qazaxıstanın müstəqilliyinin 30-cu ildönümü və 1 dekabr – Birinci Prezident Günü çərçivəsində türkdilli ölkələrin gənc alimlərinin “Elbası – türk inteqrasiyasının memarı” mövzusunda onlayn beynəlxalq elmi-praktik konfransı keçirilib.

AJMEDIA xəbər verir ki, Beynəlxalq Türk Akademiyasının Qazaxıstan İnformasiya və Sosial İnkişaf Nazirliyi ilə birgə təşkil etdiyi tədbirdə akademiyasının prezidenti Darxan Kıdırali, nazir müavini Askar Umarov, Xoca Əhməd Yasəvi adına Qazax-Türk Universitetinin rektoru Janar Temirbekova, Nursultan Nazarbayev Fondunun icraçı direktorunun müavini Alkey Margulanuly, Bozok Universitetinin professoru Kürşad Zorlu, eləcə də Qazaxıstan, Azərbaycan, Türkiyə, Başqırdıstan, Qırğızıstan, Özbəkistan, Monqolustan və Tatarıstandan tanınmış gənc alimlər iştirak ediblər.

Akademiyanın rəhbəri D.Kıdırali Qazaxıstan Respublikasının birinci Prezidenti – Elbası Nursultan Nazarbayevin türk inteqrasiyasının əsaslarını qoyduğunu və müstəqillik əldə etdikdən sonra bir sıra təşəbbüslərin həyata keçirildiyini qeyd edib.

Qazaxıstan informasiya və sosial inkişaf nazirinin müavini Askar Umarov Nursultan Nazarbayevin türk birliyinin möhkəmləndirilməsinə xüsusi diqqət yetirdiyini, eləcə də türkdilli xalqlar arasında qardaşlıq əlaqələrinin inkişafı üçün güclü regional strategiyanın formalaşdırılmasındakı xüsusi rolunu qeyd edib.

Beynəlxalq Türk Akademiyasının vitse-prezidenti Füzuli Məcidlinin sədrliyi ilə keçirilən idarə heyətinin plenar iclas çərçivəsində iştirakçılar Elbasının türk ölkələri arasında əlaqələrin əsasını qoyan inteqrasiya təşkilatlarının yaradılması təşəbbüsləri ilə bağlı ekspert fikirlərini bölüşüblər.

Sonra konfrans “Elm və təhsil”, “İqtisadiyyat və tranzit”, “Türkologiya” mövzularında seksiya iclasları ilə davam edib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts