Qazaxıstan yığması ilə qarşılaşacaq Azərbaycan millisinin heyətində dəyişiklik edilib

Tokio, 17 sentyabr , /AJMEDIA/

Sentyabrın 19-da və 20-də Aktau şəhərində Qazaxıstan yığması ilə qarşılaşacaq futzal üzrə Azərbaycan millisinin heyətində dəyişiklik edilib.
AJMEDIA Azərbaycan Futzal Federasiyasına istinadla xəbər verir ki, Qazaxıstanın “Bayterek” klubunda çıxış edən Hadi Ahmadi və Amir Şojaei heyətdən kənarlaşdırılıb. Buna səbəb hər iki futzalçıya Qazaxıstanda müvəqqəti yaşamaq üçün icazənin verilməsi ilə bağlı klub tərəfindən edilən müraciətin müddətinin tamam olmaması və onların bununla əlaqədar hazırda yaşadıqları şəhəri tərk edə bilməməsidir. Əvəzində “Araz-Naxçıvan”dan Fərid Ələkbərov heyətə dəvət olunub.
Artıq Aktau şəhərində olan və bu gün Bakı vaxtı ilə 16:30-da ilk məşqinə çıxacaq millinin heyətində Rövşən Hüseynli, Ramiz Çovdarov, Felipinyo, Xəzər Ağalızadə, Fərid Ələkbərov, Oktay Rüstəmli (hamısı “Araz-Naxçıvan”), Emin Kürdov, Nurlan Mehdizadə (hər ikisi “Neftçi”), Eduardo Borges (“Halle-Gooik”, Belçika), Rafael Vilela (“Kayrat”, Qazaxıstan), Everton Kardosa (“Bintang Timur”, İndoneziya) və Cezar De Angelis Zhonatan (“Kaspiy”, Qazaxıstan) yer alıblar.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts