Site icon AJMEDIA Azərbaycanca

Qazaxıstan Transxəzər beynəlxalq marşrutundan fəal istifadənin tərəfdarıdır

Tokio, 5 noyabr , /AJMEDIA/

Qazaxıstan Transxəzər beynəlxalq nəqliyyat marşrutundan daha fəal istifadə etməyi təklif edir.

AJMEDIA-nın məlumatına görə, bu barədə Qazaxıstanın Baş naziri Əlixan Smailov 6-cı Çin Beynəlxalq İdxal Sərgisinin rəsmi açılış mərasimində çıxışı zamanı deyib.

“Çin-Avropa marşrutu üzrə konteyner daşımalarını daha da artırmaq üçün biz Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutundan daha fəal istifadə etməyi təklif edirik. Bu, yüklərin daşınma müddətini yarıya yaxın endirməyə imkan verəcək”, – deyə Baş nazir qeyd edib.

Qazaxıstanın Baş naziri Çinin nəqliyyat və logistika operatorlarını Qazaxıstanda mövcud olan transsərhəd nəqliyyat infrastrukturundan fəal şəkildə istifadə etməyə çağırıb.

Exit mobile version