Qazaxıstan Prezidenti Azərbaycana yeni səfir təyin edib

Tokio, 18 aprel , /AJMEDIA/

Qazaxıstanın Azərbaycandakı yeni fövqəladə və səlahiyyətli səfiri Alim Bayel olacaq. Onun təyinatı barədə fərman Prezident Kasım-Jomart Tokayev tərəfindən bu gün imzalanıb.
AJMEDIA xəbər verir ki, fərmanın mətni Qazaxıstan Prezidenti iqamətgahının (Akorda) saytında yerləşdirilib.
Dövlət başçısının digər fərmanı ilə Serjan Abdıkarimov diplomatik missiyasının başa çatması ilə əlaqədar Qazaxıstan Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən azad edilib. O, bu vəzifədə 2019-cu il sentyabrın 30-dan fəaliyyət göstərirdi.
Qazaxıstan KİV-ləri yeni səfirin tərcümeyi-halı barədə məlumat yayıblar. Bildirilir ki, Alim Bayel 1984-cü ildə Taraz şəhərində doğulub. Türkiyədəki Yaxın Şərq Texniki Universitetində “Biznes inzibatçılığı” ixtisası üzrə təhsil alıb. ABŞ-ın Corc Vaşinqton Universitetində “Dövlət idarəçiliyi” ixtisası üzrə magistraturanı bitirib. Əmək fəaliyyətinə 2012-2014-cü illərdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasında (TDƏŞ) ekspert vəzifəsi ilə başlayıb. Müxtəlif illərdə Beynəlxalq Türk Akademiyasının beynəlxalq münasibətlər mərkəzində direktor (2014-2015); Qazaxıstan Respublikasının Dövlət Xidməti İşləri Nazirliyinin beynəlxalq əməkdaşlıq idarəsinin rəhbəri (2016); Qazaxıstanın dövlət xidməti işləri və korrupsiyaya qarşı mübarizə üzrə Agentliyinin beynəlxalq əməkdaşlıq idarəsinin rəhbəri, strateji araşdırmalar idarəsinin rəhbəri (2016-2018); Qazaxıstanın Türkiyədəki səfirliyinin siyasi məsələlər üzrə birinci katibi (2018-2020) vəzifələrində çalışıb.
2020-ci il martın 1-dən Qazaxıstanın İstanbulda Baş konsulu vəzifəsində fəaliyyət göstərib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts