Tokio, 25 fevral, /AJMEDIA/
Qazaxıstan hökuməti ölkənin ilk Atom Elektrik Stansiyasının (AES) tikiləcəyi ərazini təsdiqləyib.
AJMEDIA xəbər verir ki, bu barədə Kazinform agentliyi məlumat yayıb. Bildirilib ki, obyekt Almatı vilayətinin Cambul vilayətində yerləşəcək.
Qazaxıstanın cənub-qərbində yerləşən Cambul vilayətinin 137 min 129 nəfər əhalisi var və inzibati mərkəzi Uzınaqaşdadır.