“Qarabağın tarixi” mövzusunda videoçarxlar müsabiqəsi təxirə salınıb

Tokio, 2 dekabr , /AJMEDIA/

Mədəniyyət Nazirliyi bu ilin iyununda “Qarabağın tarixi” mövzusunda qısa videoçarxlar müsabiqəsi elan etmişdi. Müsabiqənin məqsədi Qarabağın qədim tarixi və zəngin mədəniyyətini təbliğ etmək, audiovizual sahədə fəaliyyət göstərən yaradıcı gənclərə dəstək olaraq onların fəaliyyətini stimullaşdırmaq, yeni yaradıcı qüvvələri prosesə cəlb etmək idi.
Mədəniyyət Nazirliyindən AJMEDIA-ya verilən məlumata görə, təqdim olunan videoçarxlar kəmiyyət və keyfiyyət baxımından qənaətbəxş olmadığına, müsabiqə şərtlərini ödəmədiyinə və tələb olunan texniki göstəricilərə cavab vermədiyinə görə müsabiqə təxirə salınıb.
Qeyd edək ki, müsabiqəyə təqdim olunan işlərə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyasının nəzdində fəaliyyət göstərən, bu sahənin tanınmış mütəxəssislərindən ibarət Ekspert Şurası tərəfindən baxılıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts