“Qarabağ”ın rəqibi tanınmış futbolçusunu icarəyə verib

Tokio, 24 sentyabr , /AJMEDIA/

Ağdamın “Qarabağ” klubunun UEFA Avropa Liqasının qrup mərhələsindəki rəqibi “Olimpiakos”un müdafiəçisi Kostas Manolasın Birləşmiş Ərəb Əmirliklərinin “Əl-Şardja” klubuna keçidi rəsmiləşib.
AJMEDIA xəbər verir ki, tərəflər arasında müqavilə daha bir mövsüm uzatma ehtimalı ilə 2024-cü ilin yayınadək imzalanıb.
Xatırladaq ki, Yunanıstanın “Olimpiakos” klubu ilə “Qarabağ” arasında ilk matç oktyabrın 6-da Pireydə, cavab görüşü oktyabrın 13-də Bakıda keçiriləcək.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts