“Qarabağ” – “Qalatasaray” oyununu Türkiyənin “Haber Global” televiziya kanalı canlı yayımlayacaq

Tokio, 23 mart , /AJMEDIA/

“Qarabağ”la İstanbulun “Qalatasaray” klubu arasında keçiriləcək xeyriyyə oyununu Türkiyənin “Haber Global” televiziya kanalı canlı yayımlayacaq.
AJMEDIA xəbər verir ki, azarkeşlər həmin kanal vasitəsilə martın 26-da baş tutacaq qarşılaşmanı izləyə biləcəklər.
Bakı Olimpiya Stadionunda təşkil olunacaq görüş saat 20:00-da start götürəcək.
Qeyd edək ki, “Qarabağ”-“Qalatasaray” matçının bilet satışından əldə ediləcək gəlir Türkiyədə baş vermiş zəlzələdən əziyyət çəkənlərə yardım üçün göndəriləcək.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts