“Qarabağ” klubu tarixində ən uğurlu səfər seriyasına imza atıb

Tokio, 31 oktyabr , /AJMEDIA/

“Qarabağ” klubu Azərbaycan Premyer Liqasında ardıcıl 10-cu səfər qələbəsini qazanıb. Baş məşqçi Qurban Qurbanovun yetirmələri XII turda “Şamaxı”nı 4:0 hesabı ilə məğlub ediblər.
AJMEDIA Peşəkar Futbol Liqasına istinadla xəbər verir ki, cari mövsümdə xal itirməyən Ağdam klubu rəqib meydanında 5 oyun keçirib. Şamaxıdakı matçadək “Qarabağ” səfərdə “Sumqayıt”ı 2:0, “Kəpəz”i 1:0, “Zirə”ni 7:1, “Qəbələ”ni 1:0 hesabı ilə üstələyib.
Q.Qurbanovun yetirmələri ötən çempionatın son beş səfərində də xal itkisi ilə üzləşməyib. Fevralın 28-də “Keşlə” (indiki “Şamaxı”) ilə qolsuz heç-heçə edən ağdamlılar ardınca “Sabah”ı 1:0, “Zirə” və “Sumqayıt”ı eyni – 3:0, “Qəbələ”ni 2:0, “Səbail”i 3:0 hesabı ilə yenib.
Qeyd edək ki, bu, “Qarabağ”ın tarixində ən uğurlu səfər seriyasıdır.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts