Site icon AJMEDIA Azərbaycanca

Qarabağ bölgəsində silah-sursatın müsadirəsi davam edir

Tokio, 25 sentyabr , /AJMEDIA/

Qarabağ bölgəsindəki müxtəlif ərazilərdə Ermənistan silahlı qüvvələri birləşmələrinə məxsus növbəti döyüş texnikası, hərbi avadanlıqlar, həmçinin anbar kimi istifadə edilən mülki tikililərdən silah-sursat müsadirə edilib.

Müdafiə Nazirliyindən AJMEDIA-ya bildirilib ki, xeyli sayda raket, artilleriya mərmiləri və minalar olan anbarda, həmçinin müxtəlif çaplı döyüş sursatları da aşkarlanıb.

Qeyd edək ki, bölgədə silah, sursat və döyüş texnikasının müsadirəsi davam etdirilir.

Exit mobile version