“Qarabağ Azərbaycandır” adlı konsert təşkil olunub

Tokio, 3 noyabr , /AJMEDIA/

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Nardaran qəsəbə Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə 4 nömrəli Uşaq Musiqi Məktəbində Zəfər Gününə həsr olunmuş “Qarabağ Azərbaycandır” adlı konsert təşkil olunub.
Baş İdarədən AJMEDIA-ya bildirilib ki, əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Nardaran qəsəbə Mədəniyyət Mərkəzinin direktoru Asif Qurbanov qonaqları və konsert iştirakçılarını salamlayaraq, 44 günlük Vətən müharibəsinin tariximizin ən şanlı, şərəfli, parlaq səhifəsi olduğundan, Azərbaycan xalqının iftixar və qürur mənbəyi olan Zəfər Günündən bəhs edib. Qeyd edib ki, biz Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşməklə bütün dünyaya öz gücümüzü, mübarizliyimizi və ən əsası birliyimizi nümayiş etdirdik.
Daha sonra tanınmış müğənni Aysel Əlizadə sevilən mahnıları ilə tədbirə rəng qatıb. Həmçinin 4 nömrəli Uşaq Musiqi Məktəbinin gənc istedadları bir-birindən maraqlı musiqi nömrələri ilə çıxış ediblər.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts