Qara dənizdə 700 ton mazut olan tankerdə yanğın baş verib

Tokio, 23 yanvar, /AJMEDIA/

Qara dənizdə Komor adaları bayrağı altında üzən və göyərtəsində 700 ton mazut olan “Almuntazah” adlı tankerdə yanğın baş verib.

AJMEDIA TASS informasiya agentliyinə istinadla xəbər verir ki, tanker Taman limanında sahildən 1,2 mil aralıda lövbərdə durub.

Tankerin heyət üzvləri 7 nəfər Rusiya vətəndaşıdır. Zərərçəkənlər barədə məlumat verilməyib.

Hazırda yanğının başvermə səbəbləri araşdırılır.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts