Qadınlardan ibarət Azərbaycan yığmasının Millətlər Liqası üçün heyəti bəlli olub

Tokio, 28 mart, /AJMEDIA/

Qadınlardan ibarət Azərbaycan yığmasının UEFA Millətlər Liqasının seçmə mərhələsi çərçivəsində Litvaya və Monteneqroya qarşı keçiriləcək səfər oyunları üçün heyəti müəyyənləşib.

AJMEDIA xəbər verir ki, komanda martın 31-də Litvanın paytaxtı Vilnüsə yollanaraq, təlim-məşq toplanışına orada başlayacaq.

Siyasət Əsgərovun yetirmələri C Liqasının IV qrupu çərçivəsində aprelin 4-də, Bakı vaxtı ilə saat 19:30-da, Vilnüsdəki “Jalgiris” stadionunda Litva yığması ilə, aprelin 8-də, Bakı vaxtı ilə saat 20:00-da Nikşiç şəhər stadionunda Monteneqro seçməsi ilə qarşılaşacaq.

Milliyə dəvət olunan futbolçuların adlarını və onların klublarını təqdim edirik:

Aytac Şərifova – “Hakkarigücü” (Türkiyə),

Nərgiz Əliyeva – “Fatih Vətən” (Türkiyə),

Günay İsmayılova – “Neftçi”,

Nigar Mirzəliyeva – “Zenit” (Rusiya),

Manə Mollayeva – “Neftçi”,

Fidan Cəfərova – “Neftçi”,

Yeliz Acar – “Fatih Vətən” (Türkiyə),

Kamilla Məmmədova – “Dirçəliş”,

Firəngiz Teymurova – “Neftçi”,

Jalə Məhsimova – “Amedspor” (Türkiyə),

Peritan Bozdağ – “Fatih Vətən” (Türkiyə),

Nazlıcan Parlak – “Qalatasaray” (Türkiyə),

Coşqunə Əliyeva – “Neftçi”,

Sevinc Cəfərzadə – “Krasnodar” (Rusiya),

Ayşən Əhmədova – “Ünyespor” (Türkiyə),

Alina Dorofeyeva – “Rubin” (Rusiya),

Diana Məmmədova – “Rubin” (Rusiya),

Ayşən Salamzadə – “Neftçi”,

Xanım Əsədova – “Neftçi”,

Sona Rəhimova – “Neftçi”,

Aysun Muradova – “Gölbaşı Belediye Spor” (Türkiyə),

Esra Manya – “Fatih Vətən” (Türkiyə),

Alina Nəhmədova – “Neftçi”.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts