Qadınlar və kişilər arasında Azərbaycan çempionatlarında növbəti oyunların vaxtı dəqiqləşib

Tokio, 4 fevral , /AJMEDIA/

Qadın voleybolçular arasında Yüksək Liqada İkinci dövrənin növbəti oyunları fevralın 6-da keçiriləcək.
V turun ilk qarşılaşmasında “Azərreyl” və “Abşeron” komandaları üz-üzə gələcək.
AJMEDIA xəbər verir ki, bu matçdan iki saat sonra “Murov” və UNEC kollektivlərinin görüşü baş tutacaq.
Fevralın 7-də kişi voleybolçular arasında Yüksək Liqada V turun oyunlarına start veriləcək.
Günün ilk qarşılaşması saat 16:00-da “Murov” və MOİK komandaları arasında olacaq.
Saat 18:00-da isə “Xarı bülbül” – “Neftçi” qarşılaşması keçiriləcək.
Qeyd edək ki, oyunlar Azərbaycan Voleybol Mərkəzində təşkil ediləcək.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts